Alimlər qədim qurdları canlandırdılar - 46 min il sonra
29 iyul 2023 07:25 (UTC +04:00)

Alimlər qədim qurdları canlandırdılar - 46 min il sonra

Bir qrup alim Sibirin daimi donuşluğunda 40 metr dərinlikdə aşkar edilmiş qədim qurdları canlandıra bilib.

Lent.az-ın “Sky News”a istinadən məlumatına görə, nəsli kəsilmiş Panagarolaimus kolymaensis növünə aid qurdlar təxminən 46 min il ərzində dondurulub. Məlum olub ki, yunlu mamontların dövründə yaşamış qurdlar kriptobiozda olub.

Maks Plank adına Molekulyar Hüceyrə Biologiyası və Genetika İnstitutunun professoru teymuras Kurçaliya etiraf edib: "Onların 46 min ildən sonra yenidən canlandırıla bilməsi məni tamamilə heyrətə saldı".  

Yemlənmiş qədim qurdlar bir aya yaxın yaşayıb, nəsil verib.

İndi tədqiqatçılar bu cür həyat formalarının kriptobioz vəziyyətində nə qədər müddət qala bildiyini öyrənməlidirlər.

# 5772
avatar

Oxşar yazılar