Tikinti nə vaxt yekunlaşacaq?
01 aprel 2013 15:31 (UTC +04:00)

Tikinti nə vaxt yekunlaşacaq?

Söhbət Quba Soyqırım Memorial Kompleksinin tikintisindən gedir 

 

 

Quba Soyqırım Memorial Kompleksinin  tikintisi bu ilin may ayınacan başa çatacaq. Bu barədə Lent. az-a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev məlumat verib. Q. Ağayev indiyə qədər abidə kompleksinin tikintisinin yekunlaşmamasını Qubadakı kəskin soyuq hava şəraiti ilə izah edib.

Onun sözlərinə görə, bu kompleks təkcə Quba soyqırımı üçün nəzərdə tutulmayıb. Gələcəkdə kompleksin adından Quba sözü götürüləcək və “Soyqırım Memorial Kompleksi” olacaq.

Qeyd edək ki,  kompleksin tikintisi 2010-cu il may ayından başlayıb.

# 1056
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar