Sabah yağış yağacaq -  HAVA PROQNOZU
09 oktyabr 2022 12:18 (UTC +04:00)

Sabah yağış yağacaq - HAVA PROQNOZU

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4701
avatar

Oxşar yazılar