Azərbaycanda bu yağlar saxta imiş:  bütün marketlərdən yığışdırılır - SİYAHI
19 mart 2025 15:55 (UTC +04:00)

Azərbaycanda bu yağlar saxta imiş: bütün marketlərdən yığışdırılır - SİYAHI

“Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərə görə, nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb.

Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı

İstehsal və son istifadə tarixləri

İstehsalçı

1.

“Rossiyskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı

23.12.2024-23.12.2025

“Allbuy” MMC

2.

“Belaruskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı

17.01.2025-17.01.2026

“Allbuy” MMC

3.

"Milk World" əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı

05.12.2024-05.12.2025

“Allbuy” MMC

4.

“Golden Farm” əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı

02.12.2024-02.06.2025

“Şamaxı Dairy Farm” MMC

16.12.2024-16.06.2025

“Şamaxı Dairy Farm” MMC

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190

Oxşar yazılar

İlham Əliyevdən Novruz bayramı PAYLAŞIMI

İlham Əliyevdən Novruz bayramı PAYLAŞIMI

19 mart 2025 , 21:07
Meteohəssas insanlara  hava XƏBƏRDARLIĞI

Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

19 mart 2025 , 19:07
Külək gücləndi - GÜNÜN HAVASI

Külək gücləndi - GÜNÜN HAVASI

19 mart 2025 , 19:05
Heydər Əliyev Fondu Azər Rəşidoğlunun müalicəsini  öz üzərinə götürdü

Heydər Əliyev Fondu Azər Rəşidoğlunun müalicəsini öz üzərinə götürdü

19 mart 2025 , 18:41
Yatmağı  çox sevən   BÜRCLƏR

Yatmağı çox sevən BÜRCLƏR

19 mart 2025 , 18:38
Bu məktəblərdə dərs tez başlayacaq

Bu məktəblərdə dərs tez başlayacaq

19 mart 2025 , 16:35
Müəllimlərin maaşı artırılır - BU ŞƏRTLƏ

Müəllimlərin maaşı artırılır - BU ŞƏRTLƏ

19 mart 2025 , 16:15
Azərbaycanda hazırda  hara qar yağır?   - Faktiki HAVA

Azərbaycanda hazırda hara qar yağır? - Faktiki HAVA

19 mart 2025 , 15:00