"Kişinin də  arvadı artistmi olar?"  - Xalq artisti Tariyel Qasımov
19 mart 2025 12:55 (UTC +04:00)

"Kişinin də arvadı artistmi olar?" - Xalq artisti Tariyel Qasımov

Xalq artisti Tariyel Qasımov APA-nın “Əsrin yaşıdı” layihəsində müsahibə verib. 

Lent.az həmin müsahibədən bəzi hissələri təqdim edir: 

- Adətən belə bir dilemma ilə daha çox aktrisalar qarşılaşırlar: Sənətlə ailə arasında seçim etməli olurlar, ailəni sənətə qurban verirlər. Aktyorlar da bu cür seçim qarşısında qalırlar?

- Bu yaxşı sualdır. Kişilərin də belə dilemması olur. Biz Rza Təhmasibin tələbəsi olmuşuq. Qrupda on qız, on oğlan idi. Bir dəfə ondan səbəbini soruşanda dedi ki, özü bu cür seçib. O bizə deyirdi ki, kursu qurtaranda hərəniz bu qızlardan biri ilə ailə qurun ki, sizi başa düşsünlər. Başqası sizi başa düşməyəcək. Belə olanda mən Xuraman Hacıyevaya meyilləndim. Dedim, Xuraman, gəl evlənək. Sən qəşəng qızsan, mən də pis oğlan deyiləm. Razılaşdı. Amma dedim, Xuraman, bir şərtlə, mən artist olum, sən yox. Sən başqa sahə ilə məşğul ol. Dedi yox, bəs mən artistliyi niyə oxuyuram? Dedim yox, onda bizimki tutmaz. Tutmadı da.

- Niyə yoldaşınızın aktrisa olmağını istəmirdiniz?

- Bilirsən, mən teatrda işləmişəm, bilirəm də nə deyirəm. Səbəbini açıqlamaram, yaxşı düşməz, amma heç vaxt istəməmişəm ki, yoldaşım aktrisa olsun. Bəlkə də mən kənd uşağı olduğum üçün düşünmüşəm ki, kişinin də arvadı artistmi olar? Həm də bəzi şeyləri gözüm görmüşdü, qorxmuşdum.

- Daha atanızla nə fərqiniz oldu?

(Gülür) yox. Atam düz eləmirdi, amma mən düz eləmişəm.

Xuramanın da kürəkəni evini satıb onu çöllərdə qoydu

- Belə çıxır, qızınızı da aktrisa olmağa qoymazdınız.

- Qəti qoymazdım. Oğlum amma kino rejissorudur.

- Atanızın başqa formasınız, onu çox günahlandırmayın.

- Elədir.

- Bəs kimlə evləndiniz?

- Həkimlə.

Müsahibəni Mirmehdi Ağaoğlu alıb. 

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045

Oxşar yazılar