2 Amerikanı ayıran, 2 okeanı birləşdirən Panama kanalı – Tramp onu niyə qaytarmaq istəyir?
19 mart 2025 20:15 (UTC +04:00)

2 Amerikanı ayıran, 2 okeanı birləşdirən Panama kanalı – Tramp onu niyə qaytarmaq istəyir?

Cənubi Amerika və Şimali Amerikanı ikiyə bölən, Sakit və Altantik okeanlarını birləşdirən Panama kanalı tarixin ən uğurlu texniki prosesidir.

Lent.az bu gün ABŞ Prezidenti Donald Trampın hakimiyyəti qayıdışı ilə geosiyasi proseslərin mərkəzində yer alan Panama kanalının tarixinə işıq salır.

Panama dövləti 1903-cü ildə ABŞ-ın dəstəyi ilə Kolumbiyadan müstəqilliyini elan etdi. Birləşmiş Ştatlar həmin il Panama ərazisində Sakit okeanı Atlantik okeanla birləşdirən ən qısa yol üzərində su kanalı üçün panamalılardan böyük bir torpaq sahəsini 100 il müddətinə icarəyə götürdü. Panamalılara ildə təxminən 250.000 dollar və birdəfəlik ödənişlər şəklində bir neçə milyon dollar pul ödənilməsi razılaşdırıldı. Panama kanalının tikintisi ən böyük və mürəkkəb tikinti layihələrindən biri idi: 10 il (1904-1914-cü illər) davam edən və 400 milyon dollar maliyyəyə başa gələn, 70.000 insanın çalışdğı layihə uğurla başa çatdı. Qeyd olunmalıdır ki, tikinti işləri zamanı 5600 nəfər işçi pis iş şəraiti, tikinti sahəsində malyariyanın geniş yayılması səbəbindən həyatını itirdi.

 Birləşmiş Ştatlar çox tez bir zamanda Panamanı öz protektoratına çevirdi və kanal Amerika xəzinəsinə böyük gəlir gətirməyə başladı. Kanalın strateji əhəmiyyətinə bir fakt da sübutdur ki, İkinci Dünya Müharibəsinin son günlərində, 1945-ci ilin avqustunda son günlərini yaşayan  Yaponiya İmperiyası amerikalıların qətiyyətinə təsir etmək ümidi ilə kanalı bombalamağı planlaşdırırdı. Yalnız 1977-ci ildə ABŞ-ın bölgədən müqavilənin tələb etdiyindən daha tez çıxması ilə bağlı qarşılıqlı razılaşmalar əldə edildi. 1989-cu ildə amerikalılar Panamada arzuolunmaz rejimi devirmək üçün xüsusi əməliyyat təşkil etdilər.

 Nəhayət, 31 dekabr 1999-cu ildə amerikalılar kanala nəzarəti Panama hakimiyyətinə təhvil verdilər. Hazırda kanal ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilib: hər il kanalın ərazisindən təxminən 280 milyon ton yük daşıyan 14 000-ə yaxın gəmi keçir (dünya okeanında daşınan yüklərin 5%-i); Kanal o qədər tıxac olur ki, oradan keçmək üçün növbə hərracda satılır. 81,6 kilometr uzunluğunda olan Panama kanalından gəmilər 8-10 saata, tıxac zamanı isə 24-48 saata qədər gec keçirlər. 2002-ci ilə qədər 800.000-dən çox gəmi kanaldan istifadə edib və hələ də Sakit okeandan Atlantik okeanına ən qısa yol olan Panama kanalına alternativ yoxdur.

Ümumiyyətlə, Panama kanalı Süveyş kanalı ilə birlikdə gəmiçilik üçün dünyanın insan əli ilə yaradılan əsas nəqliyyat arteriyaları sayılır.

 Prezident kürsüsünə qayıdan Donald Tramp açıq şəkildə bildirdi ki, o, kanala nəzarəti bərpa etmək üçün mübarizə aparacaq: bu, onun kanaldan keçidə görə Panama hakimiyyətinin keçid tariflərinin artırılmasına (və onlar çox böyükdür və bir neçə yüz min dollara çata bilər) cavabıdır. ABŞ hazırda öz yüklərinin ümumi həcminin təxminən dörddə üç hissəsini bu kanalla daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar