SON DƏQİQƏ:  Əkrəm İmamoğlu 4 gün  həbsdə qalacaq - YENİLƏNİB
19 mart 2025 13:56 (UTC +04:00)

SON DƏQİQƏ: Əkrəm İmamoğlu 4 gün həbsdə qalacaq - YENİLƏNİB

Əkrəm İmamoğlu dörd gün həbsdə qalacaq.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

***

09:12

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, İstanbul prokurorluğu şəhər bələdiyyəsində əməliyyatlara başlayıb. Yerli medianın yazdığına görə, hazırda İmamoğlunun Sarıyerdə yerləşən evinin ətrafında çoxlu sayda polis qüvvələri cəmləşib və mənzildə axtarışlar aparılır.

Qeyd olunur ki, bələdiyyə sədrindən başqa qurumun mətbuat katibi Murat Ongun və 100-ə yaxın digər əməkdaş haqqında da saxlanılma qərarı verilib. Aralarında jurnalist və iş adamlarının da olduğu 100-ə yaxın adamın saxlanması ilə nəticələnən əməliyyatın keçirilən tenderlər və PKK ilə CHP arasında əlaqə ilə bağlı olduğu qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890

Oxşar yazılar