Ağdamda iki gənci bıçaqladılar
19 mart 2025 21:26 (UTC +04:00)

Ağdamda iki gənci bıçaqladılar

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq xəsarətləri yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar