Azərbaycanda 12 günlük tətil   başladı
20 mart 2025 00:15 (UTC +04:00)

Azərbaycanda 12 günlük tətil başladı

Azərbaycanda 12 günlük tətil başlayıb.

Lent.az xəbər verir ki, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin verdiyi qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi.

Bundan başqa 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı.

Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar

Azərbaycanda Novruz bayramı  qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir

20 mart 2025 , 00:00
Ramazan ayının 20-ci gününün DUASI

Ramazan ayının 20-ci gününün DUASI

19 mart 2025 , 22:00
İlham Əliyevdən Novruz bayramı PAYLAŞIMI

İlham Əliyevdən Novruz bayramı PAYLAŞIMI

19 mart 2025 , 21:07
Meteohəssas insanlara  hava XƏBƏRDARLIĞI

Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

19 mart 2025 , 19:07
Külək gücləndi - GÜNÜN HAVASI

Külək gücləndi - GÜNÜN HAVASI

19 mart 2025 , 19:05
Heydər Əliyev Fondu Azər Rəşidoğlunun müalicəsini  öz üzərinə götürdü

Heydər Əliyev Fondu Azər Rəşidoğlunun müalicəsini öz üzərinə götürdü

19 mart 2025 , 18:41
Yatmağı  çox sevən   BÜRCLƏR

Yatmağı çox sevən BÜRCLƏR

19 mart 2025 , 18:38
Bu məktəblərdə dərs tez başlayacaq

Bu məktəblərdə dərs tez başlayacaq

19 mart 2025 , 16:35