“Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərə görə, nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb.
Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
№ |
Məhsulun adı |
İstehsal və son istifadə tarixləri |
İstehsalçı |
1. |
“Rossiyskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı |
23.12.2024-23.12.2025 |
“Allbuy” MMC |
2. |
“Belaruskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı |
17.01.2025-17.01.2026 |
“Allbuy” MMC |
3. |
"Milk World" əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı |
05.12.2024-05.12.2025 |
“Allbuy” MMC |
4. |
“Golden Farm” əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı |
02.12.2024-02.06.2025 |
“Şamaxı Dairy Farm” MMC |
16.12.2024-16.06.2025 |
“Şamaxı Dairy Farm” MMC |