Qazaxıstanın Almatı vilayət sakini qanunsuz cərimə aldığı üçün Polis İdarəsinə ərizə ilə müraciət etsə də, ərizəsi rədd edilib. Bundan sonra o, məhkəməyə üz tutub. Lakin ChatGPT neyron şəbəkəsi onun vəkili kimi çıxış edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, ChatGPT-dən istifadə edərək yazılı ərizə verib və işi qazana bilib. Telegram kanalında yazdığı şərhdə o, ABŞ-da artıq hüquqşünas xidmətləri göstərən neyron şəbəkənin – Harvi-nin olduğunu vurğulayıb.
Qazaxıstanlı dövlət qurumunu pula görə deyil, prinsipiallığına görə məhkəməyə verdiyini vurğulayıb. Bu baxımdan rayon şöbəsinin əməkdaşlarının gələcəkdə iş məsələsində daha məsuliyyətli davranacaqlarına ümid etdiyini bildirib.