Alim Antarktidada  cinsi təcavüzdə ittiham olunur
19 mart 2025 17:53 (UTC +04:00)

Alim Antarktidada cinsi təcavüzdə ittiham olunur

Uzaq Antarktika bazasında yerləşən kiçik Cənubi Afrika tədqiqat qrupunun üzvü həmkarını seksual qısnamada ittiham edib və rəhbərlikdən təcili müdaxilə tələb edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Cənubi Afrika 1960-cı ildə yaradılmış Antarktidada tədqiqat stansiyası işləyən yeganə Afrika ölkəsidir.

SANAE IV kimi tanınan bazada adətən 13 ay müddətində bir qrup alim yerləşdirilir. Hazırkı qrup fevralın 1-də ekspedisiyaya göndərilib.

Hadisə Cənubi Afrikanın “Sunday Times” qəzetinin bir qrup elm adamının məktubunu dərc etməsindən sonra məlum olub. Qeyd olunub ki, orada kişilərdən biri qrup liderinə hücum etməkdə ittiham olunub. Zərərçəkmiş kömək istəyib.

Zərərçəkən elektron poçtunda yazıb: "Onun davranışı çox narahat edən həddə çatıb. Mən öz təhlükəsizliyim üçün dərindən narahatam və daim növbəti qurban ola biləcəyimi düşünürəm".

Bu, Cənubi afrikalı ekspedisiya qrupunun iştirakı ilə bağlı ilk belə hal deyil. 2017-ci ildə ucqar Marion adasındakı tədqiqat bazasında tədqiqat qrupunun üzvlərindən biri içlərində olduqları sevgi üçbucağına görə başqa bir həmkarının noutbukunu balta ilə sındırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar