"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa klubunu dəyişə bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, fransız "Mançester Siti"yə keçə bilər.
Madrid klubu 22 yaşlı futbolçunu 70 milyon funt-sterlinqə satmağa hazırdır.
Bu mövsüm Kamavinga "Real"ın heyətində bütün turnirlərdə 27 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.