Rusiyanın Sankt-Peterburq şəhərində qadın kommunal mənzildə qonşusunu öldürmək üçün qatil tutmaqda ittiham olunur. Cinayətin qarşısı alınıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, martın 8-də qadın qonşusunu öldürmək üçün cinayətkar tapıb. Lakin onun tapdığı cinayətkar gözlənilən sui-qəsd barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verib.
Qadın tapdığı "qatil" ilə bir neçə dəfə görüşüb və qurbanı göstərərək ona 70 min rubl(təxminən 1456 manat) məbləğində mükafat verib.
Qadınların yaşadığı mənzildə axtarış aparılıb. Şübhəli saxlanılıb.