Rusiyanın Sankt-Peterburq şəhərində yaşlı qadını öldürən kişi intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ust-Slavyanka qəsəbəsində baş verib. 33 yaşlı kişi çoxmərtəbəli binanın 23-cü mərtəbəsinin pəncərəsindən özünü atıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları kişinin mənzilini açıblar. İçəridə çoxsaylı bıçaq xəsarətləri olan 67 yaşlı qadını aşkar ediblər. Onun da həyatını xilas etmək mümkün olmayıb. Hadisənin təfərrüatları açıqlanmır.
Faktla bağlı cinayət işi açılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını aydınlaşdırır.