Üç uşağını öldürən anaya üç ömürlük HƏBS  - Ölkəni şoka salan CİNAYƏT
19 mart 2025 13:37 (UTC +04:00)

Üç uşağını öldürən anaya üç ömürlük HƏBS - Ölkəni şoka salan CİNAYƏT

Yunanıstanda bütün ölkəni şoka salan faciə baş verib. 36 yaşlı Roula Pispiriqu qəsdən üç uşağının həyatına qəsd etməkdə təqsirli bilinərək üç ömürlük həbs cəzasına məhkum edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, dəhşətli hadisə 2022-ci ilin yanvarında, Pispiriqunun doqquz yaşlı qızını zəhərləməsi ilə başlayıb. İki il sonra, 2024-cü ilin martında məhkəmə ona ömürlük həbs cəzası verib.

Ancaq bu, kabus həqiqətinin yalnız bir hissəsi idi. İstintaq sübut edib ki, Pispiriqu 2019 və 2021-ci illərdə digər iki qızının da ölümünə görə məsuliyyət daşıyır. Belə ki, qadın onları da boğaraq öldürüb.

Bu vəhşi hərəkətlərin motivləri dəhşətlidir. Müstəntiqlərin müəyyən ediblər ki, qadın ailəsinin dağılmaması üçün bu ekstremal tədbirləri görüb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, o, soyuqqanlı hərəkət edib və hər bir qətli diqqətlə planlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007

Oxşar yazılar