Fərhad Əhmədov və İsgəndər Mahmudovun adı yenə qalmaqalda - Böyük Manipulyator
19 mart 2025 13:09 (UTC +04:00)

Fərhad Əhmədov və İsgəndər Mahmudovun adı yenə qalmaqalda - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

21-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

MORİS ADASINDA UKRAYNA OLİQARXI İLƏ XÜSUSİ MİSSİYALAR

Lüdovik Şaker və Ismael Emelien 2007-ci ilin əvvəllərində Kair şəhərində eyni evdə kirayə qalanda tanış olmuşdular. Elə ilk görüşdən onlar dostlaşırlar. İkisi də çox iddialı, ikisi də eyni zövqə malik adamlardır. İkisinin də gizli, müəmmalı, standart olmayan işlərə maraqları var. O vaxtlar Emmanuel Makronun gələcək xüsusi müşaviri Ismael Emelien Siyasi Elmlər İnstitutunda keçirdiyi vaxtının bir hissəsini ərəb dilini öyrənməyə sərf edir. O, bütün bölgələri gəzir və hətta atasının elektrik avadanlıqları biznesinin bir şöbəsini də Suriyada açmaq üçün ora səfər edir. Onun Qrenoblda yaşayan atası Jan-Paskal Emelien, həqiqətən də öz biznesi ilə Yaxın Şərqi fəth etmək istəyir. Şaker isə Şanxaydakı fransız konsulluğuna yola düşür. İki ildən sonra Emelien Bollore qrupuna aid olan rabitə və lobbiçilik agentliyi Havas şirkətində işə götürülür. Çox tez bir zamanda Havasın rəhbəri Stefan Fuks ona çətin sənədlər etibar edir. Gənc Emelien tez-tez EDF-in prezidenti (EDF – Fransanın Elektriki) Henri Projliodan məsləhət almağa gedir. Məhz elə o zaman, bu adamla Emmanuel Makron ilk dəfə görüşüb tanış olurlar.

2009-cu ilin sentyabrında onların ikisi də siyasi məsləhətçi Jil Finşelşteynlə birlikdə Jan-Jores Fondunun təşkil etdiyi “İllik Tərəqqi Forumunda” iştirak etmək üçün Çiliyə səfər edirlər. Qısa bir müddətdən sonra yenə də Jil Finşelşteynlə birlikdə Emelien Havas tərəfindən Moris adasına göndərilir ki, oranın Baş naziri Navin Ramqoolama ikinci dəfə Baş nazir seçilməkdə kömək etsinlər. Moris adası, həqiqətən də xüsusi bir ərazidir. Emelien orada əvvəllər Havas şirkətində siyasi məsləhətçi kimi çalışan Veolia şirkətinin icraçı direktoru, uzun illərdən bəri Moris adasının Baş naziri Navin Ramqoolamın məsləhətçilərindən biri olan Loran Obadia ilə də tanış olur. Obadia siyasətlə kəşfiyyat arasında var-gəl edir. Bu adam həm də tez-tez Moris adasına gələn Aleksandr Djuri, eləcə də “cənab Şarp” ləqəbi ilə tanınan İrlandiyalı iş adamı Toma Fransis Qleeson ilə yaxındır. La Lettre A qəzeti xatırladır ki, (La Lett re A – Fransanın siyasi, ictimai, iqtisadi və mediatik yeniliklərindən xəbər verən gündəlik qəzet. 1978-ci ildə yaranıb. Hal-hazırda ancaq saytda çıxır) bu iki dost Moris adasında Airbus şirkəti ilə Air Mauritius aero kampaniyası arasındakı danışıqlarda birlikdə iştirak ediblər. Moris adasından sonra Havas artıq bərkdən-boşdan çıxmış Ismael Emelieni iki dəfə Venesuelaya göndərir ki, Nikola Maduronun prezident seçilməsinə çalışan yerli komandaya kömək əlini uzatsın. Bu adam Emmanuel Makrondan olduqca uzaq siyasətçidir... hələlik. Amma Havas şirkətində İsmael Emelienin tərcümeyi-halında bir cümlə çatışmır. Stefan Fuks ilə birlikdə gənc məsləhətçi Ukraynanın “YES” (Yalta Avropa Strategiya Konfransı) forumunda da yaxından iştirak edib. Fransız rabitə agentliyi tərəfindən dəstəklənən “YES” forumunun məqsədi boru kəmərləri üzrə ixtisaslaşmış Interpip şirkətinin sahibi, Ukraynalı oliqarx Viktor Pinçukun imicini yüksəltməkdir.

Bu ukraynalı milyarder 2004-cü ildə Ukraynada “narıncı inqilab” nəticəsində hakimiyyətdən qovulan prezident Leonid Kuçmanın kürəkənidir. Qayınatası prezidentlikdən çıxandan sonra Pinçuk birmənalı şəkildə Qərb klanına yaxınlaşıb. O, Yaltadakı forumuna Dominik Stros-Kan, Toni Bler və Bill Klinton kimi siyasi xadimləri dəvət edib. Yeri gəlmişkən, keçmiş Ukrayna prezidentinin kürəkəni həm də Klinton Fondunu maliyyələşdirir. Pinçuk öz yaşında olan digər oliqarxlarla da dostluq edir: bankir Mixail Fridman və İsveçrənin Zuq kantonunda məskən salan Viktor Vekselberq ilə. Onların hər ikisi keçmiş beynəlxalq trayder Mark Riş ilə yaxın əlaqədədirlər. Amma Pinçuk da nəhəng iş adamıdır, o, Rusiyadan olan oliqarxları da yaxşı tanıyır, məsələn, adları Benalla ilə bağlı skandalda hallanan Fərhad Əhmədov və İsgəndər Mahmudovu. Birincisi onun Fransada birbaşa qonşusudur, hər ikisi Aralıq dənizi sahilində yaxın Provans-Alp-Kot d’Azür regionunun Alp-Maritim departamentində, Nis ilə Monakonun arasında yerləşən San-Jan-Kap-Ferrat şəhərində villa alıb orada yaşayırlar. İkincisi isə Kuzbassrazrezugol kömür şirkətinə nəzarət edir, bu şirkətə 2013-cü ildən Pinçuka mənsub olan Interpip şirkətinə rəhbərlik edən Ukraynalı iş adamı Oleq Rozenberq də sərmayə qoyub. Şərq oliqarxlarının dünyasında, Rusiya ilə Ukrayna arasındakı münaqişəyə baxmayaraq biznes davam edir. Yaxşı deyiblər, təki pulun olsun... pul olan yerdə düşmənçilik ikinci plana keçir.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar