Deputatdan ictimai nəqliyyatla bağlı  YENİ TƏKLİF
05 may 2021 10:41 (UTC +04:00)

Deputatdan ictimai nəqliyyatla bağlı YENİ TƏKLİF

Məlum olduğu kimi, Bakıda növbəti bazar günü saat 00:00-dan mayın 16-sı saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkə hesabında yazan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur:

"Digər tərəfdən, oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsi, bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olunub. Amma qeyri-iş günlərindən sonra biz ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik.

Bu baxımdan, qeyri-iş günlərində və həftə sonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2331
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar