İngiltərə Premyer Liqasında VII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk oyununda "Lids Yunayted" öz meydanında "Tottenhem"i qəbul edib.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi qarşılaşmasında "Çelsi" evində son çempion "Liverpul"u sınağa çəkib.
Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "zadəganlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə Premyer Liqası
VII tur
"Lids" - "Tottenhem" - 1:2
"Mançester Yunayted" - "Sanderlend" - 2:0
"Arsenal" - "Vest Hem" - 2:0
"Çelsi" - "Liverpul" - 2:1