Bu insanlara  yemiş yemək qadağandır
21 iyul 2025 13:38 (UTC +04:00)

Bu insanlara yemiş yemək qadağandır

Yemiş – yay aylarının ən sevilən meyvələrindən biridir. O, ətirli, şirin, şirəli olur və istidə susuzluğu yaxşı yatırır. Lakin bütün faydalı xüsusiyyətlərinə baxmayaraq, bu meyvə hər kəsə uyğun deyil.

Lent.az bu 3 insan kateqoriyasını təqdim edir:

1. Şəkərli diabeti olan insanlar

Yemişin tərkibində təbii şəkər olsa da, onun qlikemik indeksi kifayət qədər yüksəkdir – təxminən 65. Bu isə o deməkdir ki, yemiş yeyildikdən sonra qandakı şəkər səviyyəsi sürətlə artır.

I və II tip şəkərli diabeti olan insanlar üçün bu təhlükəli ola bilər – xüsusilə də yemiş çox miqdarda yeyildikdə və ya başqa karbohidratlarla birlikdə qəbul edildikdə. Endokrinoloqlar yemişdən uzaq durmağı və ya yalnız çox məhdud miqdarda, həkim nəzarəti altında qəbul etməyi tövsiyə edirlər.

2. Həzm sistemi problemləri olan insanlar

Yemiş mədədə qıcqırma və fermentasiya yaradır, bu isə öz növbəsində köp, qaz, ağrı və hətta ishal ilə nəticələnə bilər.

Qastrit, pankreatit, qıcıqlanmış bağırsaq sindromu, mədə xorası və digər xroniki həzm sistemi xəstəlikləri olan insanlar bu meyvədən uzaq durmalıdırlar. Xüsusilə də yemişin digər qidalarla birlikdə istifadəsi (süd məhsulları, alkoqol və ya yağlı yeməklərlə) təsirsiz olur və pis sorulur.

3. Hamiləliyin son aylarında olan qadınlar

Yemiş vitaminlərlə və xüsusilə fol turşusu ilə zəngindir ki, bu da hamiləliyin ilk mərhələlərində faydalıdır. Lakin III trimestrdə yemişi qəbul etmək məhdudlaşdırılmalıdır.

Bu meyvə ödemə, gestasion diabet riskinin artmasına, bağırsaq hərəkətliliyinin artmasına görə narahatlığa səbəb ola bilər. Bundan əlavə, bu dövrdə immun sistem zəiflədiyindən, keyfiyyətsiz saxlanılmış yemişlə zəhərlənmə riski də artır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793

Oxşar yazılar