Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 2-də paytaxtda təmizlik və abadlıqla bağlı növbəti daxili iməclik keçirilib.
BŞİH mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 554 əsas küçə və prospektlərin, həmçinin qəsəbələrdəki yolların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda didər təmizlik və abadlıq işləri keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.