Bakının bu rayonlarında  qaz kəsiləcək
24 iyun 2024 09:21 (UTC +04:00)

Bakının bu rayonlarında qaz kəsiləcək

Sabunçu, Xətai, Nərimanov və Qaradağ rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 24.06.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan zaman Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Daş karxanası, Subtropik sovxoz ərazisi və "Maştağa-Gülçülük" yaşayış massivinin, Xətai rayonu üzrə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan küçələrinin, Nərimanov rayonu üzrə Ziya Bünyadov prospektinin, Qaradağ rayonu üzrə isə Səngəçal, Əzimkənd, Umbakı qəsəbələrinin və Yol evləri, Bağ evləri yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Oxşar yazılar