Qandonduran internat hekayələrindən üzü günəşə doğru...
Qurd qışı çıxdı, ayazı unutmadı
Lent.az xəbər verir ki, APA TV “KimsəBizlər” adlı yeni layihəyə başlayır. Layihə internat məktəblərində böyüyənlərə həsr edilib.
Onlara “kimsəsiz” deyirlər. Suallar ortaya çıxır. Bu qədər insan olan dünyada niyə “kimsəsizlər” var? Cəmiyyət özü ailə ola bilirmi? O kimsələr BİZDƏN deyilmi? Cəmiyyət böyük ailə deyilsə, nədir?
Bu film-verilişdə internatı bitirən və cəmiyyətdə müəyyən mövqe tutan insanlar baş roldadırlar. Məqsədimiz internat uşaqlarının cəmiyyətə adaptasiyasına kömək etmək, cəmiyyətlə onların münasibətini istiləşdirmək, konkret şəxslərin timsalında valideyn himayəsindən məhrum uşaqlarda həyat eşqi, uğur qazanmaq həvəsi yaratmaqdır. Təkcə bu da deyil. Məqsədimiz bütünlükdə uşaqlara ən gözəl münasibətin formalaşmasına çalışmaqdır. Uşaqlar sabahımız deyil, uşaqlar indimizdir.
Layihənin ideya müəllifi Vüsalə Mahirqızı, layihə rəhbəri Orxan Məmmədli, müəllif-aparıcı Aysel Əlizadə, rejissor Ruslan Mollayevdir.
İlk qəhrəmanımız Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı, İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədovdur. Onun “Qurd qışı çıxdı, ayazı unutmadı” adlı hekayəsinə baxmağa dəvət edirik!