Aida İmanquliyevanın kitabı gürcü dilində çap olundu
17 sentyabr 2011 18:20 (UTC +04:00)

Aida İmanquliyevanın kitabı gürcü dilində çap olundu

Lent.az-ın məlumatına görə, kitab XIX sonu XX əsrin əvvəllərində Qərbdə yaradıcılıqla məşğul olan ərəb yazıçılarının yaradıcılığına həsr olunub. Kitabı gürcü dilinə tərcüməçi D.Gülməmmədov çevirib, ön sözü isə Gürcüstan Yazıçılar İttifaqının sədri Maxmala Qonaşvili yazıb. Məlumata görə, kitab Tiflis Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsi üçün dərslik vəsaiti kimi hazırlanıb. Gürcüstan-Azərbaycan mədəni əlaqələr Fondu Geo-Turan kitabın yazılmasında və çapında yaxından iştirak edib. Kitabın Gürcüstan Yazıçılar İttifaqının nəşriyyatında çap olunduğu bildirilir.


Geo-Turanın prezidenti Arif İbrahimov bu kitaba çox böyük ehtiyac olduğunu bildirib: “Tanınmış ziyalımız, akademik Aida İmanquliyeva 1989-cu ildə doktorluq dissertasiyasını Gürcüstanda müdafiə edib. Aida xanımı Gürcüstanda yaşayan şərqşünaslar çox yaxından tanıyırlar. Onlarla söhbət zamanı “Qələm Assosiasiyası və Mixail Nuyame” əsərinə şərşünaslıq fakültəsində təhsil alan tələblərin çox böyük ehtiyacı olduğunu bildirdilər. Biz də qərara gəldik ki, bu kitabı ərsəyə gətirək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar