Rayonlarda yağış yağacaq
18 sentyabr 2011 00:10 (UTC +04:00)

Rayonlarda yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyiin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, respublikanın bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, arabir güclənəcəyi, qərb küləyinin əsəcəyi proqnozlaşdırılıb. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar