MTRŞ sədri: “Yerli serialların səviyyəsi qənaətbəxş deyil”
16 sentyabr 2011 16:34 (UTC +04:00)

MTRŞ sədri: “Yerli serialların səviyyəsi qənaətbəxş deyil”

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) dəyirmi masa keçirilib. Lent.az-ın məlumatına görə, şuranın sədri Nuşirəvan Məhərrəmli çıxış edib. O bildirib ki, ölkə başçısı milli serialların çəkilməsi üçün 5 milyon manat pul ayırıb: “Biz mövcud vəziyyəti qiymətləndiririk. Hazırda ayrılan pulu hansısa prodakşnlar arasında bölüşdürmək fikrində deyilik. Belə olan halda məsuliyyət altında qala bilərik”.


N.Məhərrəmli onu da bildirib ki, hazırda ölkə telekanallarında yayımlanan serialların vəziyyəti qənaətbəxş deyil və cəmiyyətdə bu seriallara fikir birmənalı deyil. O həmçinin qeyd edib ki, milli seriallar çəkiləndən sonra da əcnəbi teleseriallar Azərbaycanda nümayiş olunacaq.


Nailə RÖVŞƏNQIZI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar