Gəncədə “Dövlət müstəqilliyimiz və media” mövzusunda ümumrespublika konfransı keçiriləcək
15 sentyabr 2011 17:43 (UTC +04:00)

Gəncədə “Dövlət müstəqilliyimiz və media” mövzusunda ümumrespublika konfransı keçiriləcək

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, dövlət müstəqilliyimizin bərpasının 20 illik yubileyinə həsr olunmuş toplantı Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutacaq. Tədbirdə ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin (KİV) təmsilçiləri, habelə dövlət rəsmiləri və ziyalılar iştirak edəcəklər. Konfransda Azərbaycan mətbuatının tarixi ənənələrindən söhbət açılacaq, onun 1918-ci ildə dövlət müstəqilliyinin qazanılmasındakı rolu təhlil olunacaq, eyni zamanda XX əsrin sonlarına doğru müstəqilliyin bərpası yolundakı xidmətləri müzakirə olunacaq. Ötən 20 ildə mediamızın əldə etdiyi uğurlar, üzləşdiyi problemlər ətrafında fikir mübadiləsinin aparılacağı konfransda milli müstəqilliyimizin əldə edilməsində müstəsna xidmətləri olan KİV-lərin eləcə də ayrı-ayrı jurnalistlərin mükafatlandırılmaları, fəxri fərmanlarla təltifi nəzərdə tutulur.


Qeyd edək ki, konfrans çərçivəsində müstəqil Azərbaycanın ilk paytaxtı olan Gəncədə incəsənət ustalarının iştirakı ilə 18 oktyabr tarixinə həsr olunmuş geniş konsert proqramının təşkili, şəhərdə son vaxtlar həyata keçirilən işlərlə bağlı jurnalistlərin geniş məlumatlandırılması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355

Oxşar yazılar