Ekologiya naziri Kilimancaro dağına yürüşə başlayıb
17 avqust 2009 16:00 (UTC +04:00)

Ekologiya naziri Kilimancaro dağına yürüşə başlayıb

Ekspedisiya hündürlüyü 5895 metr olan zirvəsinə qalxacaq

Ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi birinci Azərbaycan Afrika ekspedisiyası Kilimancaronun Uhuru zirvəsinə istiqamət yürüşə başlayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ekspedisiya Bakıdan avqustun 11-də çıxıb. “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” şüarı altında həyata keçirilən yürüş Afrikanın ən hündür dağ massivi olan Kilimancaronun Uhuru yüksəkliyində başa çatacaq. Tanzaniyanın şimal-şərqində yerləşən bu zirvənin hündürlüyü 5895 metrdir. Bu yüksəklik Kilimancaro dağındakı Kibo vulkanının ən hündür nöqtəsidir ki, bu da dünyanın ən yüksək “Yeddi zirvə”sindən biridir.

Mətbuat xidmətindən bildirirlər ki, elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan ekspedisiyanın tərkibində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də iştirak edirlər. Xatırladaq ki, bu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkil etdiyi ikinci yürüşdür. Bundan əvvəl Hüseyn Bağırovun başçılıq etdiyi ekspedisiya qrupu ötən ilin 24 dekabr 2008-ci il tarixində Antarktidaya yürüş etmişdi.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50