Hər səhər yorğan-döşəyinizi səliqə ilə yığırsınız və bu nizamınıza görə fəxr edirsiniz?
Bunu dərhal dayandırın!
Lent.az xarici KİV-ə istinadla bildirir ki, alimlər xəbərdarlıq edir: çarpayını dərhal yığmaq onu toz gənələrinin məskəninə çevirir - bu mikroskopik canlılar dəridən tökülən hüceyrələrlə qidalanır, allergiya, astma və daimi burun axıntısına səbəb olur.
Siz yorğanı düzəldərkən, milyonlarla görünməz parazit döşəkdə çoxalmaqda davam edir - bədən istiliyi və nəm onlar üçün ideal şərait yaradır.
Zərərsiz vərdiş necə sağlamlığa ziyan vurur və nə etmək lazımdır?
Toz gənələri - mif deyil, çarpayınızın gerçək sakinləridir. Onlar 20–25°C istilikdə və 70–80 faiz rütubətdə yaşamağı sevirlər - bu şərait isə insan yatarkən yaranır. Səhər durduqdan dərhal sonra yatağı yığmaqla, tərinizi və dəri qırıntılarınızı içəri “bağlayırsınız” - nəticədə gənələr üçün ideal inkubator yaranır.
Kingston Universitetinin araşdırması göstərib ki, yığılmış yataqlarda allergenlərin miqdarı 3 dəfə çox olur. Cəmi 1 qram döşək tozunda 15 000-ə qədər toz gənəsi ola bilər və onların ifrazatları - allergiyanın əsas səbəbidir.
Əlamətlər necə başlayır?
Əvvəlcə zərərsiz görünən asqırma ilə ardınca isə xroniki rinit, hətta bronxial astma ilə nəticələnə bilər. Bəs çarpayı yığmaqla gənələr arasında əlaqə nədir
Çox sadə
Yatağı yığmayanda, nəmlik buxarlanır günəş işığı və hava dövranı sayəsində rütubət azalır. Gənələr isə rütubət 50%-dən aşağı düşəndə məhv olurlar.
ABŞ Milli Ətraf Mühit Sağlamlığı İnstitutunun apardığı eksperiment sübut edib:
Günü boyu yatağı yığmamaq gənə sayını 30% azaldır. Əgər otaq havası dəyişdirilsə və birbaşa günəş işığı düşsə, bu rəqəm 60%-ə çatır.
Yatağı düzgün yığmadıqda nə olur?
Yorğanı tamamilə çarpayıdan götürün və çarşafı matrasın sonuna qədər qatlayın ki, yataq dəsti havalansın. Əgər səliqəsiz görüntüdən utanırsınızsa, nazik, hava buraxan örtük istifadə edin - bu, həm estetik, həm də sağlamlıq baxımından uyğundur.
Əlavə tövsiyələr
Döşəyi 3 aydan bir çevirin. Yastıq və yorğanları balkonda çırpın və ya 60°C-də yuyun. Gənələri buraxmayan membranlı hipoallergen çexollar alın.
Sintetik, yoxsa təbii?
Sintetik parçalar (poliester, akril) statik elektrik toplayır və tozu cəlb edir. Pambıq və kətan “nəfəs alır” və tez quruyur. Lakin onları da 7–10 gündən bir dəyişmək lazımdır.
Digər təhlükələr:
Baldaxinlər və yumşaq oyuncaqlar - toz yığır, yataq otağını allergen muzeyinə çevirir.
Kimlərə xüsusilə təhlükəlidir?
Astması olanlara
Atopik dermatitli insanlara
Ev heyvanı saxlayanlara
Heyvan tükləri və toz birlikdə həssaslığı artıran “kokteyl” yaradır.
Sağlam adamlar üçün də risk var
Şəhər sakinlərinin 45%-i toz gənələrinə qarşı gizli həssaslığa malikdir.
Nəticə
Təmizlik haqqında miflərə inanmayın. Bəzən bir az “qarışıqlıq” sağlamlığı qoruyur.
Eksperiment edin
1 həftə yatağınızı yığmayın
Günortaadək otağı havalandırın
Əgər burun axıntısı və qaşınma azalsa, günahkar tapıldı deməkdir.
Estetikanı pozmadan kompromis üçün:
Yorğanı sadəcə çarpayının ayaq tərəfində səliqə ilə qatlayın — bu həm səliqə, həm də sağlamlıq deməkdir. Yatağınız dincəlmək üçün yerdir, görünməyən düşmənlərlə mübarizə üçün yox. Perfeksionizmi başqa sahələrə saxlayın — ağciyərləriniz sizə təşəkkür edəcək. Rahat yatın, asan nəfəs alın — qoy toz gənələri yalnız qorxulu nağıllarda qalsın.