Xırdalanda arvadını pəncərədən atan kişiyə AĞIR CƏZA
21 aprel 2025 14:55 (UTC +04:00)

Xırdalanda arvadını pəncərədən atan kişiyə AĞIR CƏZA

Abşeronda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Hüseyn Kazımov 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən il iyul ayında baş verib. Belə ki, Hüseyn Kazımov qısqanclıq zəminində həyat yoldaşı Ayşən Kazımovanı qəsdən yaşadığı evin pəncərəsindən aşağı atıb./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062

Oxşar yazılar