Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 14:44 (UTC +04:00)

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

Sadəcə bu komediyalardan birini aç və çətin gündən sonra narahat düşüncələrdən qurtul. Bu filmlər səni yayındıracaq və əhvalını yüksəldəcək.

Lent.az romantikadan tutmuş macəralara qədər axşamlar baxa biləcəyiniz yüngül komediyaları təqdim edir: 

"Sevgini dalğalarda tap"

Gənc dizayner qadın miras olaraq köhnə bir yelkənli qayıq alır. Qayıq təmir edilsin deyə, təcrübəli bir dənizçi ilə işləməyə başlayır. Əvvəlcə tanışlıqları gülməli bir qarışıqlığa səbəb olsa da, zamanla birgə əmək onların ürəklərini birləşdirir.

"Sən, mən və dağlarda istirahət"

Karyerasına fokuslanmış bir qadın komanda ilə birlikdə dağlara retritə yollanır. Orada çətin xarakterli bir iş yoldaşı ilə partnyor olur. Bu səfər onun həyatını alt-üst edir: qadın öz yaradıcılığını, liderlik qabiliyyətini göstərir və aşiq olur.

"Cazibədarlıq testi"

Gənc alim qadın bütün həyatını sevgi mövzusunu araşdırmağa həsr edib və öz formulu belə var. Amma tədqiqat zamanı planlaşdırılmamış bir hadisə baş verir – o, heç gözləmədiyi birinə aşiq olur.

"Vəzifə artımı"

Gənc rəssam qadın gözlənilmədən işgüzar təklif alır. Bu qəfil hadisə onu macəralarla dolu bir səfərə aparır. Yolda cazibədar bir oğlanla tanış olur. Aralarında dərhal hisslər yaranır, amma şəxsi sirrlər onları sınaqlardan keçirir.

"Məni ayda qarşıla"

Bu romantik komediyada fərqli dünyalar birləşir. Parlaq marketinq mütəxəssisi ilə NASA-nın sakit mühəndisi kosmik proqramın imicini formalaşdırmaq üçün birlikdə çalışmaq məcburiyyətində qalırlar. Nəticədə sınaqlar və komik hadisələrlə dolu bir yol başlayır.

"Rol oyunları"

Xoşbəxt evli cütlük münasibətlərinə rəng qatmaq üçün rol oyunları oynamağa qərar verir. Bir-birilərini tanımırmış kimi “ilk görüşə” çıxırlar. Amma bu romantik oyun təhlükəli bir macəraya çevrilir və onların gələcəyini sual altına alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910

Oxşar yazılar