Yüksək xolesterinin  əlamətləri:   Bədəninizdə görünən 4 işarə
21 aprel 2025 15:12 (UTC +04:00)

Yüksək xolesterinin əlamətləri: Bədəninizdə görünən 4 işarə

Bir çox insan yüksək xolesterin səviyyəsinə sahib olduğunu bilmir, lakin bədəndə bunu göstərə bilən 4 aydın əlamət var. Həkimlərin sözlərinə görə, yüksək xolesterini yalnız qan analizi ilə təyin etmək mümkün deyil bu vəziyyətin görünən simptomları da olur.

Lent.az diqqət edilməli 4 əsas əlaməti sizə təqdim edir:

1. Göz qapaqlarının ətrafında sarı düyünlər

Bu vəziyyətə tibbdə ksantelazma deyilir. Bədən göz ətrafında artıq xolesterini yığmağa başlayanda meydana gəlir. Xalid Zalmayın dediyinə görə, dəridə ağrısız və qaşınmayan, sarımtıl yüngül çıxıntılar görmək mümkündür. Bu, xolesterin səviyyəsi ilə yanaşı diabet və digər xəstəliklərə də işarə edə bilər.

2. Sarı və ya qırmızı şişkinliklər

Bu əlamətlər xüsusilə trigliseridlər yüksək olanda meydana çıxa bilər. Ksanthomatoz adlanan bu şişlər bədənin istənilən hissəsində – ayaqlar, əllər, bel, ombalar üzərində yaranır və yüksək xolesterinin göstəricisi ola bilər.

3. Göz buynuzunda ağ və ya boz halqa (Roqovka halqası)

Bu, gözün buynuz qişası ətrafında əmələ gələn ağ və ya boz rəngli dairə şəklində görünür. Görməyə təsir etməsə də, xolesterin və piylərin yüksəkliyinə işarədir. Ən çox 80 yaşdan yuxarı şəxslərdə rast gəlinir və müalicə olunmadan keçmir.

4. Dizlərdə, barmaqlarda və dirsəklərdə yumrular və ya şişlər

Bu formalaşmalar, bədəndə artıq xolesterinin toplanması nəticəsində yaranır. Bu daha çox irsi hiperlipidemiya (genetik olaraq yüksək xolesterin) olan insanlarda müşahidə olunur. Yəni xolesterin artımı pis qidalanma ilə deyil, irsi səbəblərlə bağlıdır. Həkimin qeyd etdiyinə görə, hər 250 nəfərdən biri bu genetik pozğunluqdan əziyyət çəkir.

Qeyd: Bu material yalnız məlumat xarakteri daşıyır və diaqnoz qoymaq və ya müalicə etmək üçün nəzərdə tutulmayıb. Əgər bu əlamətləri özünüzdə hiss edirsinizsə, mütləq həkimə müraciət edin.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar