Göygöldə dəm qazından ölüm faktı qeydə alınıb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
Gəncə şəhər sakini 43 yaşlı R.Əliyev çalışdığı fermada dəm qazından boğulub.
Onun meyitini yaxınları aşkarlayıb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır. (APA)