İmtahan rekordçuları ilə görüş
17 avqust 2009 11:00 (UTC +04:00)

İmtahan rekordçuları ilə görüş

TQDK qəbul imtahanlarında 600-dən çox bal toplamış abituriyentləri cəmiyyətə tanıdacaq

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali məktəbələrə qəbul imtahanlarında 600-dən çox bal toplamış abituriyentlərin bir qrupu ilə görüş keçiriləcək. I ixtisas qrupu üzrə imtahanlarda ən yüksək nəticə göstərmiş abituriyentlərin arzu və istəkləri, onların imtahan prosesinə dair fikirləri öyrəniləcək.

TQDK-dan Lent.az-a bildiriblər ki, bu il I ixtisas qrupunda 600-dən çox bal toplamış abituriyentlər arasında Dövlət İqtisad Universitetinə qəbul olunanlar çoxluq təşkil edir. Belə ki, bu qrupda 600-dən yuxarı bal toplamış abituriyentlərin 66-sı həmin universitetin payına düşür. Sonrakı yerlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Xəzər Universiteti gəlir.

Komissiyada deyirlər ki, 600-dən çox bal toplamış abituriyentlərlə belə görüşlər hər bir qrup üzrə ayrı-ayrılıqda keçiriləcək. Belə ki, avqustun 19-da II, avqustun 20-də III, avqustun 21-də isə IV qrupda 600-dən çox bal toplayanlar TQDK-ya dəvət olunacaq. Məqsəd imtahanda yüksək nəticə göstərmiş abituriyentləri cəmiyyətə çatdırmaq və onların təcrübəsini məktəblilər arasında təbliğ etməkdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50