996 abituriyent 600-dən çox bal toplayıb
14 avqust 2009 14:00 (UTC +04:00)

996 abituriyent 600-dən çox bal toplayıb

Bu il ali məktəblərə qəbul olunanların yarıdan çoxu 300-500 bal arasında nəticə göstərib

“Bu il ali məktəblərə qəbul imtahanlarında 996 nəfər 600 baldan yuxarı nəticə göstərib. Amma bunun əvvəlki illərlə müqayisədə yaxşı, yoxsa pis nəticə olduğunu söyləmək çətindir. Bu göstərici əvvəlki illərin nəticələri ilə müqayisə olunmalıdır və nəyin yaxşı, nəyin pis olduğu təhlillərdən sonra müəyyənləşəcək”.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun yekunlarına dair keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bu il ən yüksək bal Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Tibb Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında və bir neçə özəl ali məktəblərdə qeydə alınıb.

Bütövlükdə isə ali məktəblərə qəbul olan abituriyentlərin 55,4 faizi 300-500 bal, 24,3 faizi 200-300 bal, 14,8 faizi 500-700 bal, 2,9 faizi 100-200 bal, 2,6 faizi isə 50-100 bal toplayıb.

Məleykə Abbaszadə bildirib ki, bu IV ixtisas qrupunda 400-dən yuxarı bal toplamış 44 abituriyentdən heç bir ali məktəblərə daxil ola bilməyib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50