Şura Avropa Komissiyası ilə əməkdaşlığı müzakirə edir
13 avqust 2009 17:00 (UTC +04:00)

Şura Avropa Komissiyası ilə əməkdaşlığı müzakirə edir

QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Aİ nümayəndəyliyi ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov Avropa İttifaqı Avropa Komissiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin siyasi məsələlər üzrə məsul təmsilçisi Manfredas Limantas, Nümayəndəliyin layihə rəhbəri Nikolay Bekazyak və maliyyə, müqavilə şöbəsinin əməkdaşı Lars Dal ilə görüşüb. Şuradan Lent.az-a verilən məlumata görə, görüşdə Şura ilə Avropa İttifaqının qurumları arasında birgə fəaliyyət və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Birgə layihələrin maliyyələşdirilməsinin hər iki təşkilat, həmçinin Azərbaycan QHT-ləri üçün önəmli olduğunu bildirən F.Qurbanov artıq Şuranın Dünya Bankı ilə bu cür müştərək layihələr həyata keçirdiyini qeyd edib. F.Qurbanov bu əməkdaşlığın həm layihə ideyası, həm həyata keçirilən tədbirlər, həm də monitorinq üçün zəngin təcrübə verdiyini deyib.

Azərbaycan QHT-lərinin indi ən çox duyduğu zəruri ehtiyaclarla maraqlanan qonaqlara bildirilib ki, Şura bu ehtiyacların ödənməsi üçün ciddi səylər göstərir. Qeyd edilib ki, Şura maliyyə dəstəyindən başqa QHT-lərə təşkilati-texniki, konsultativ, metodik və digər yardımlar da göstərir. İndi Şura tərəfindən regional QHT-lər üçün QHT və layihə idarəetməsi və mühasibat uçotunun aparılması, QHT-lərin KİV-lə əməkdaşlıq mexanizmləri və sair mövzularda təlimlər keçirilir. “Bundan əlavə, 2010-cu ildə QHT-lərə maliyyə yardımı müsabiqələrinin daha effektiv keçirilməsi, eləcə də müsabiqə qaydalarını və mexanizmlərini təkmilləşdirmək məqsədilə Şura yerlərdə ictimai sektorun təmsilçiləri və ictimaiyyətin nümayəndələri ilə kütləvi görüşlər keçirməyə başlayıb, - F.Qurbanov deyib. – Ümidvarıq ki, bu görüşlər işimizin təşkili üçün faydalı olacaq.”

Təmsil etdikləri qurumun Azərbaycan QHT-lərinə tezliklə texniki yardım etməyə hazır olduğunu deyən qonaqlar birgə fəaliyyət və qarşılıqlı əməkdaşlıq üçün məsləhətləşmə və görüşlərin davam etdirilməsini vacib saydıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar

Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13