Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə xəbərdarlıq etdi
12 avqust 2009 19:30 (UTC +04:00)

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi xarici mütəxəssisin özəl tibbi müəssisələrə dəvət olunması ilə əlaqədar həmin müəssisələrin rəhbərlərinə məktub ünvanlayıb.
Lent.az-ın Səhiyyə Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, məktubda qeyd olunur ki, son zamanlar respublikamızda fəaliyyət göstərən özəl tibb müəssisələri tərəfindən Səhiyyə Nazirliyini xəbərdar etmədən xarici ölkələrdən mütəxəssislər dəvət olunurlar.
Nazirlik bildirir ki, qeyd olunanı nəzərə alaraq, özəl müəssisə rəhbərləri müəssisəyə dəvət olunan mütəxəssislər barədə bir ay öncədən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinə sadalanan sənədlər də daxil olmaqla, məlumat verməlidirlər. Eyni zamanda xarici mütəxəssisin özəl müəssisəyə dəvət olunmasının məqsədi açıqlanmalıdır.

Sənədlərdə xarici mütəxəssisin özəl müəssisədə fəaliyyət göstərəcəyi müddət, özəl müəssisə ilə mütəxəssis arasında əməkdaşlıq barədə bağlanmış müqavilənin surəti, mütəxəssis barədə məlumat (hansı ölkədəndir, diplomu, elmi dərəcəsini təsdiq edən sənəd, iş yeri və vəzifəsi haqqında məlumat) yer almalıdır.

Səhiyyə Nazirliyi nəzərə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında” 07 noyabr 2001-ci il tarixli 176 nömrəli Qərarına əsasən xarici ölkələrdə tibb təhsili almış və hazırlıq keçmiş əcnəbilər və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan respublikasının vətəndaşları yalnız Səhiyyə Nazirliyinin 28 avqust 2007-ci il tarixli 80 saylı əmri ilə yaradılmış komissiya tərəfindən verilən şəhadətnamə əsasında tibb müəssisəsində fəaliyyət göstərə və işə qəbul oluna bilərlər.
Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50