Bakı İslam Universitetinə lisenziya veriləcək
12 avqust 2009 17:30 (UTC +04:00)

Bakı İslam Universitetinə lisenziya veriləcək

Təhsil Nazirliyində sənədin bu həftə imzalanacağına söz veriblər

Bakı İslam Universitetinə lisenziya verilməsi məsələsi artıq həll edilib. Belə ki, Təhsil Nazirliyi həftənin sonunda lisenziya sənədini imzalayıb universitetə təqdim ediləcəyini vəd edib.

Lent.az-ın məlumatına görə, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Qafqaz Müsəlmanları İdarəsinin XII qurultayında belə deyib. Onun sözlərinə görə, təhsil Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı ilə birgə universitetdə yoxlamalar aparıb. Həmin yoxlamadan sonra universitetin regional filiallarının bağlanması barədə qərar çıxarıb və bu il şöbələrə tələbə qəbulu dayandırılıb.

Bununla belə, yoxlamalarda universitetin özünün lisenziyalaşdırılması üçün qanuni maneənin olmadığı müəyyənləşib. Bu səbəbdən də təhsil Nazirliyi universitetə lisenziya verilməsini məqsədəuyğun hesab edib.

Sabir Həsənli onu da bildirib ki, lisenziya olmadığından universitetin məzunları elmi işlərlə məşğul ola bilmir. Çünki Ali Attestasiya Komissiyası məzunların seçdiyi mövzunu və elmi istiqaməti qəbul etmir. Onun sözlərinə görə, təhsil Nazirliyi tərəfindən universitetə lisenziya verildikdən sonra bu məsələ də həllini tapacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50