Komitə sədri dindarlara müraciət etdi
12 avqust 2009 17:15 (UTC +04:00)

Komitə sədri dindarlara müraciət etdi

Hidayət Orucov din xadimlərini Azərbaycanın maraqlarına xidmət etməyə çağırdı

“Qafqaz Müsəlmanları İdarəsi son on ildə özünün 3 qurultayını keçirib və bunların hamısında mən də iştirak etmişəm. Bu 10 ildə Azərbaycanın həyatında qlobal dəyişikliklər baş verib. Ölkədə dini etiqad azadlığı sözün tam mənasında təmin edilib. Dövlətin bu sahəyə münasibəti getdikcə tənzimlənir. İndi Azərbaycan dinə münasibətdə təkcə regionda deyil, bütün dünyada unikal nümunəyə çevrilib”.

Lent.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Qafqaz Müsəlmanları İdarəsinin XII qurultayındakı çıxışında belə deyib. O, din xadimlərini milli-mənəvi dəyərlərin qorunmasında dövlətə dəstək verməyə çağırıb.

“Mən din xadimlərinə müraciət edirəm. Siz çox böyük qüvvəsiniz, ətrafınızda yüzlərlə, minlərlə sadə insanlar cəmləşib. Siz böyük söz kürsüsünə maliksiniz. Xahişim odur ki, bu kürsüdən dini dəyərlərimizin qorunmasına, sivilizasiyalı cəmiyyətə doğru inkişafa və ən əsası Azərbaycanın maraqlarına xidmət edəsiniz” - deyə, Hidayət Orucov bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50