Dindarlar prezidentə müraciət etdi
QMİ-nin XII qurultayı başa çatdı
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu gün keçirilən XII qurultayı başa çatıb. Qurultayda 250 nümayəndədən 238-i iştirak edib.
Lent.az-ın məlumatına görə, qurultayda Qazılar Şurasının fəaliyyəti haqqında hesabat, o cümlədən Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra QMİ-nin nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər müzakirə olunub. Çıxışçı dindarların rəy və təklifləri dinlənildikdən sonra nizamnaməyə dəyişikliklər səsə qoyularaq, qəbul edilib.
Qurultayın sonunda dindarların dövlət başçısı İlham Əliyevə müraciəti oxunub. QMİ-nin sədr müavini Hacı Sabir Həsənli müraciəti qurultay iştirakçılarına oxuduqdan sonra sənəd yekdilliklə qəbul olunub.
Xatırladaq ki, QMİ-nin bundan əvvəlki – XI qurultayı 2004-cü ildə keçirilmişdi.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI
22 aprel 2025 , 08:19
Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45