Azərbaycanda yeni mədrəsələr və “Quran” kursları açılacaq
12 avqust 2009 14:00 (UTC +04:00)

Azərbaycanda yeni mədrəsələr və “Quran” kursları açılacaq

Bunun üçün həmin dini təhsil müəssisələrinin öz əsasnaməsi olmalıdır

“İndiyədək heç bir məscid sökülməyib. Sökülənlər, sadəcə, qanunsuz tikililərdir”.

Lent.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Qafqaz Müsəlmanları İdarəsinin XII qurultayında belə deyib. Onun sözlərinə görə, bəzi rayonların icra başçıları əvvəllər məscid üçün binaların tikintisinə dair səhv qərarlar verib. İndi isə həmin rayonların icra başçıları dəyişib və yeni gələnlər əvvəlkilərin səhvlərini düzəldir.

Bununla belə, komitə sədri bəzi məmurların dinə və din xadimlərinə qarşı qanunsuz hərəkətə etdiklərini də gizlətməyib: “Hamı bilməlidir ki, məscidlərə və ya dini icmalara bağlı məsələlərlə məşğul olan bir dövlət orqanı var ki, bu da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Biz bu sahədə Qafqaz müsəlmanları İdarəsinin rəhbərliyi ilə qarşılıqlı əlaqədə istənilən qərarı verə bilərik”.

Hidayət Orucov onu da bildirib ki, bundan sonra ölkədə məscid tikintisi, hətta mövcud ibadət ocaqlarının təmiri məsələsi Qafqaz Müsəlmanları İdarəsinin yeni redaksiyada qəbul olunan nizamnaməsi əsasında həll ediləcək. O, qeyd edib ki, yeni nizamnamədə bu məsələlərin qanuni yolları açıq şəkildə əks olunub.

Komitə sədri bundan sonra mədrəsə və “Quran” kurslarının da açılmasına icazə veriləcək: “Qafqaz Müsəlmanları İdarəsinin nizamnaməsinə əlavə və dəyişikliklərdə mədrəsə və “Quran” kursları barədə ayrıca müddəa var. Bu müddəa yeni mədrəsələrin, “Quran” kurslarının açılmasını nəzərdə tutur. Orada göstərilir ki, mədrəsə və “Quran” kurslarının da öz əsasnaməsi olmalıdır”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1580

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50