Qanunsuz aptek işlədənlər cərimələnib
Bu ilin 7 ayı ərzində tibb fəaliyyəti üzrə 86 belə fakt aşkar edilib
Xüsusi razılıq (lisenziya) olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən 2009-cu ilin 7 ayı ərzində tibb fəaliyyəti üzrə 86 fakt aşkar edilib.
Lent.azın Səhiyyə Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, onların 76-ı əczaçılıq fəaliyyəti ilə bağlıdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 03 may 2007-ci il tarixli “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinin tələblərini yerinə yetirməyən 37 aptek müəssisələrinə İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib, bundan əlavə, aptek təşkilatlarında dərman vasitələri və onların istehsalında istifadə olunan kimyəvi və başqa maddələr, tibb ləvazimatları, ətriyyat-kosmetika, şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə 2 fakt aşkar edilib.
Həmin faktlar rəsmiləşdirilərək Səhiyyə Nazirliyinə göndərilib və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.1-ci, 230.1-ci və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul edilib, cərimə sanksiyaları tətbiq olunub.

Oxşar yazılar

Bakının iki rayonu qazsız qalacaq
22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə pis xəbər alacaq
22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI
22 aprel 2025 , 08:19
Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38