Misir Mərdanov: “Yeni qaydalar hazırlanacaq”
24 oktyabr 2012 12:00 (UTC +04:00)

Misir Mərdanov: “Yeni qaydalar hazırlanacaq”

“Təhsil və Səhiyyə nazirlikləri birgə təhsilalanların qidalanması ilə bağlı dövlət standartlarını hazırlayıb, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edəcək”.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib. Nazir vurğulayıb ki, bu vaxtadək belə standart mövcud olmayıb: “Bu məsələ ilə bağlı işçi qrupu yaradılacaq. Xarici ölkələrin təcrübəsindən bəhrələnməklə yeni qaydalar hazırlanaraq hökumətə təqdim olunacaq. Həmin qaydalar hökumətin təsdiqindən sonra qüvvəyə minəcək. İndi bu işə başlamağa hazırlaşırıq. Ona görə də bu işin nə vaxt yekunlaşacağı məlum deyil”.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077

Oxşar yazılar