Vətən müharibəsi veteranları təqaüdün artırılmasını istəyirlər
24 oktyabr 2012 11:31 (UTC +04:00)

Vətən müharibəsi veteranları təqaüdün artırılmasını istəyirlər

Müraciətdə qeyd olunur ki, dövlət tərəfindən Qarabağ müharibəsi veteranlarına verilən 33 manat aylıq təqaüd onları qane etmir. AVMVB Abşeron rayon şöbəsinin sədr köməkçisi Nahidə Qazıyeva Lent.az-a bildirib ki, problemlə bağlı millət vəkili Əli Məsimli ilə görüşüb: “Ə.Məsimli qeyd etdi ki, gələn ilin dövlət büdcəsi parlamentdə müzakirə edilən zaman bu məsələyə də toxunulacaq”.

N.Qazıyevanın sözlərinə görə, məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və QHT nümayəndələri ilə müzakirə aparmışıq: “Milli QHT Forumunun sədri Rauf Zeyni bildirdi ki, bununla əlaqədar onlara müraciət olunmadığı üçün bu məsələni aidiyyatı qurumlar qarşısında qaldırmamışıq” - deyə, sədr köməkçisi əlavə edib.

Qeyd edək ki, bir müddət öncə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Qarabağ müharibəsi veteranlarına verilən təqaüdün artırılmamasının səbəblərini açıqlamışdı. O hesab edir ki, müxtəlif insanlar hansısa yollarla veteran kitabçası alıblar: “Əlinə silah alıb döyüşənlər də veteran kitabçası gəzdirir, xidməti işi ilə bağlı bir dəfə cəbhə bölgəsinə gedib qayıtmış məmurlar, jurnalistlər də özlərini müharibə veteranı sayırlar, vəsiqə gəzdirirlər. Vaxtilə prezident bununla bağlı göstəriş verib və veteranlara dair vəziyyətin aydınlaşdırılmasını tapşırıb”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926

Oxşar yazılar