Oktyabrın 28-də saat 05:00-da
24 oktyabr 2012 10:47 (UTC +04:00)

Oktyabrın 28-də saat 05:00-da

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 28 oktyabrda saat 05:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3945

Oxşar yazılar