Tələbələrin XVII respublika fənn olimpiadasının qalibləri mükafatlandırıldı
24 oktyabr 2012 10:42 (UTC +04:00)

Tələbələrin XVII respublika fənn olimpiadasının qalibləri mükafatlandırıldı

Təhsil Nazirliyində ali məktəb tələbələrinin XVII respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib. Lent.az-ın verdiyi məlumata görə, tədbirdə çıxış edən Misir Mərdanov qeyd edib ki, olimpiada TN və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil olunub. Nazir vurğulayıb ki, tələbələrin fənn olimpiadaları hər il müxtəlif ali məktəblərdə keçirilir: “Bu il olimpiada Azərbaycan Dövlət Pedaqoji Universitetinin bazasında 12 fənn üzrə keçirilib. Olimpiadanın yekun turunda 39 ali məktəbdə təhsil alan 685 tələbə iştirak edib. Onlar Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala və Quba şəhərində yerləşən 32 dövlət və 7 qeyri-dövlət ali məktəb və onların filiallarında keçirilən olimpiadaların qalibləri sırasından seçilib”.

M. Mərdanovun bildirib ki, münsiflər heyətinin qərarına görə, I yerə 10, II yerə 23, III yerə 36 və həvəsləndirici yerə 51 tələbə layiq görülüb. M. Mərdanov olimpiadada iştirak edən 39 universitetdən 24-ün tələbələrinin uğur qazandığını deyib.



Tədbirdə çıxış edən millət vəkili Səttar Mehbalıyev və Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aliyə Naxçıvanlı qalib gələn tələblərə uğurlar arzulayıblar.

Qeyd edək ki, olimpiada qaliblərinə diplom, pul mükafatları və hədiyyələr təqdim olunub.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869

Oxşar yazılar