(R) Qurban Bayramında “Hesab.az” hər istifadəçiyə ikiqat bonus ödəyəcək
24 oktyabr 2012 10:25 (UTC +04:00)

(R) Qurban Bayramında “Hesab.az” hər istifadəçiyə ikiqat bonus ödəyəcək

Qurban Bayramı günlərində “Hesab.az” on-layn ödəmələr portalında hər istifadəçiyə ikiqat bonus ödəniləcək. Aksiya 25-28 oktyabr tarixlərini əhatə edir və bütün qeydiyyatdan keçən istifadəçilərin ödəmələrinə şamil olunur.

Hal-hazırda portalın xidmətlərindən geniş istifadə edən müştərilər hər 1 AZN məbləğində apardıqları əməliyyat üzrə 100 bonus xalı qazanırlar. Qurban Bayramı aksiyası zamanı isə onlar 100 bonus xalı əvəzinə 200 qazana biləcəklər. Qeyd edək ki, “Unibank” və “ALBALI” taksit-kartları üzrə aparılan ödəmələr zamanı bu növ kart sahiblərinə müvafiq olaraq 3 qat və 5 qat bonus xalları təqdim olunur.

“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” portalı istənilən mobil operatorların, stasionar rabitə, əksər İnternet-provayderlərin, bütün kabel TV-şəbəkələrin, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus kartlar vasitəsi ilə ödəmək imkanı verir. Portalda qeydiyyatdan keçən istifadəçilərin sayı hal-hazırda 25 200-dür. Onlar tərəfindən il ərzində aparılan əməliyyatların sayı isə 4,5 mln. AZN yaxındır. Xatırladaq ki, bu müştərilər şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və bonus kampaniyalarında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər. Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini həmçinin cib telefonlar vasitəsi ilə - m.hesab.az mobil resursdan da ödəmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1625

Oxşar yazılar