Nazir: “Gərək belə olmayaydı…”
23 oktyabr 2012 14:11 (UTC +04:00)

Nazir: “Gərək belə olmayaydı…”

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Nazir vurğulayıb ki, 0-100 bal toplayan ən çox şagirdlər bu rayonların payına düşür: “Xəzər, Sabunçu və Qaradağ rayonlarını bu məsələdə başa düşmək olar. Lakin Yasamal rayonunda təhsil alan şagirdlərin imtahanda bu cur xoşagəlməz nəticə göstərməsini başa düşmürəm. Gərək belə olmayaydı. Bunun bir səbəbi buraxılış imtahanlarının ötən il Təhsil Nazirliyi, bu il isə TQDK tərəfindən keçirilməsidir. Görək, gələn il nəticələr necə olacaq”.

M. Mərdanov onu da qeyd edib ki, ibtidai siniflərlə yuxarı sinifləri biri-birindən ayırmaq lazımdır: “Hansı məktəblər 2 korpusdan ibarətdirsə, korpuslardan biri ibtidai siniflərə, biri yuxarı siniflərə verilməlidir. Yəni çalışmaq lazımdır ki, aşağı sinif şagirdləri ilə yuxarı sinif şagirdləri arasında ünsiyyət az olsun”.

Nazirin sözlərinə görə, bu proses 5-10 ilə həyata keçirilməlidir.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2796

Oxşar yazılar