Təhsil naziri 11-ci sinifdəki “qonaq”lardan danışdı
23 oktyabr 2012 13:49 (UTC +04:00)

Təhsil naziri 11-ci sinifdəki “qonaq”lardan danışdı

“Biz 252 saylı məktəbdə açıq dərsə iştirak etdik. Ümumilikdə dərs prosesindən razı qaldım”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Sabunçu rayonunun 252 saylı məktəbində “Müasir təhsil proqramlarının tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda bildirib.

M. Mərdanov həmçinin narazı qaldığı məqamları da qeyd edib: “Dərslərin qrup şəkilində keçirilməsi heç bir effekt vermir. Əksinə, dərs prosesinə mənfi təsir göstərir. İkinci nöqsan ondan ibarətdir ki, 11-ci sinifdə dərsdə iştirak edən uşaqların bəzilərinin özlərini “qonaq” kimi aparmasıdır. Belə başa düşdüm ki, onlar, ümumiyyətlə, məktəbə gəlməyiblər. Bu nə məktəb direktorunun, nə müəllimlərin problemidir”. Nazir buna səbəb kimi yuxarı sinif şagirdlərinin repetitor yanına getməsini göstərib.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1945

Oxşar yazılar