Misir Mərdanov: “Sabunçu sakinləri kasıbdırlar…”
23 oktyabr 2012 13:45 (UTC +04:00)

Misir Mərdanov: “Sabunçu sakinləri kasıbdırlar…”

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Sabunçu rayonunun 252 saylı məktəbində “Müasir təhsil proqramlarının tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda bildirib.

Nazir qeyd edib ki, həmin müəllimlərin bunda əsas məqsədi odur ki, pullu adamların uşaqları onların yanına gəlsinlər: “Müəllimlərimizin əksəriyyətinin paytaxtın mərkəzi məktəblərində dərs deməyə meyl etməsinin də səbəbi budur. Yəni pullu adamların uşaqlarını özlərinə cəlb etmək”.

M. Mərdanovun sözlərinə görə, Sabunçu rayonundan ali məktəblərə daxil olanların sayının digər paytaxt məktəblərinə nisbətən aşağı olması bu rayonun sakinlərinin kasıb olması ilə bağlıdır: “Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, bu rayonun sakinləri kasıbdır. Yəni Sabunçuda yaşayan valideyn uşağını ali məktəbə hazırlaşdırmaq üçün 30 manat repetitora pul verir, nəticə də ürəkaçan olmur”.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2547

Oxşar yazılar